AZ

ABŞ-a məlumatların ötürülməsinə məhdudiyyətlər qoyulmalıdır - AB

Avropa Birliyinin (AB) məlumatların qorunması orqanının rəhbəri Voyçex Vevorovski ABŞ-a ötürülən avropalılar haqqında məlumatların istifadəsi üçün aydın sərhədlərin müəyyən edilməsini tələb edib.

Herbiand.az xəbər verir ki, bu barədə Euractiv nəşri yazıb.

“Vevorovski bildirib ki, əsas məsələ Vaşinqtona ötürülən hər hansı bir məlumatın yalnız dəqiq müəyyən edilmiş məqsədlər üçün istifadə edilməsini və məhdudiyyətlərə praktikada riayət olunmasını təmin etməkdir”, - nəşr bildirir.

Vevorovski Avropa Birliyi ilə ABŞ arasında avropalıların biometrik məlumat bazalarının paylaşılması ilə bağlı qarşıdan gələn danışıqlar fonunda vurğulayıb ki, bu hadisə “müstəsna presedent” təşkil edir və buna görə də müəyyən edilmiş “qırmızı xətlərə” ciddi şəkildə əməl edilməlidir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
90
herbiand.az

1Mənbələr