AZ

Muzeydə selfi çəkdirmək BAHA BAŞA GƏLDİ: Tarixi eksponatı zədələyən ziyarətçi 17 min manat ÖDƏYƏCƏK

Ermitajda taxt üzərində selfi çəkdirmək ziyarətçiyə 800 min rubla başa gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Sankt-Peterburqun məşhur Ermitaj muzeyində bir ziyarətçinin tarixi eksponatla foto çəkdirmək həvəsi onun üçün ciddi maliyyə itkisi ilə nəticələnib.

Muzey nəzarətçilərinin xəbərdarlıqlarına məhəl qoymayan şəxs Malta Ordeninin magistrinin taxtında əyləşərək xatirə şəkli çəkdirmək qərarına gəlib.

Həmin şəxs bununla kifayətlənməyərək, ayaqlarını qızılı işləməli və məxmərlə örtülmüş qədim kətilin üzərinə qoyub. Nəticədə unikal tarixi eksponatlara mexaniki zərər dəyib.

Məsələ ilə bağlı keçirilən məhkəmə iclasında muzeyin iddiası təmin edilib. Məhkəmənin qərarı ilə selfi həvəskarı olan ziyarətçidən bərpa işlərinin dəyəri kimi 800 000 rubl (təxminən 17 200 manat) məbləğində vəsait tutulub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
65
1
interpress.az

2Mənbələr