AZ

Modern və interaktiv metodlara keçid vacibdir Cəmiyyət sədri

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün təhsil sistemində ənənəvi dərs modelindən daha çox modern və interaktiv metodlara keçid vacibdir. Dövr bunu tələb edir”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bunu 525.az-a deyib. O qeyd edib ki, dərslər mümkün qədər praktiki və real iş nümunələri əsasında qurulmalıdır. Bunun üçün ilk olaraq müəllim bazası təkmilləşdirilməlidir: 

“Universitetlər əsasən müəllimlərin ixtisasartırmasına, yeni yanaşmaların və metodların öyrənilməsinə diqqət yetirməlidirlər. Müəllimlərin bununla bağlı kurslara cəlb olunması vacibdir. Kadrların peşəkarlığının artırılması universitetlərdə təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas şərtlərindən biridir. Universitetlər tərəfindən bu prinsip əsas tutulmalıdır”.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
525.az

1Mənbələr