AZ

Sumqayıtda qadın qətlə yetirilib, qaçan ərini polis saxlayıb

Bu gün səhər saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ. Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

Araşdırma aparılır.

Seçilən
57
12
far.az

10Mənbələr