AZ

“Biletlər 4800 manatdır” Dubayda ilişib qalan blogerdən etiraz VİDEOsu

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket və PUA zərbələri səbəbindən Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb. Hava hücumları bütün istiqamətlər üzrə reyslərin ləğv olunmasına səbəb olub. Nəticədə minlərlə sərnişin, o cümlədən Azərbaycan vətəndaşları hava limanında qalıb.

Bakupost.az xəbər verir ki, bloger Fidan da Dubayda yaşadığı çətinliklərdən danışıb.

O bildirib ki, uçuşları dəfələrlə təxirə salınıb:

“Dubaydan Bakıya martın 2-nə bilet almışdıq. Sonra bileti 4-nə, daha sonra 6-na, sonra isə 10-na uzatdılar. Qaldığımız otellərin qiymətləri 3-4 dəfə artırılıb. 4800 manata bilet almışıq və hazırda Bakıya gəlirik. İnsanların bu çətin anlarından belə istifadə edirlər. Dəstək olmaq əvəzinə, vəziyyətdən faydalanırlar”.

Lalə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
106
www.bakupost.az

1Mənbələr