AZ

Rəsmi Romadan Bakıya dəstək: "Azərbaycan İrana qarşı heç vaxt əməliyyat keçirməyib"

İtaliya hökuməti İranın regional təcavüzünü, xüsusilə də Azərbaycanın hədəf alınmasını ən yüksək səviyyədə pisləyib.

Musavat.com xəbər verir ki, İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani Deputatlar Palatasında çıxışı zamanı Yaxın Şərqdəki vəziyyətin kritik həddə çatdığını bildirib.

Tayani vurğulayıb ki, ABŞ və İsrailin zərbələrindən sonra İranın hərəkətləri daha da aqressivləşib. Onun sözlərinə görə, Tehran heç bir fərq qoymadan Körfəz ölkələrində, eləcə də Azərbaycanda strateji infrastrukturlara, hərbi obyektlərə, hava limanlarına, otellərə, yaşayış massivlərinə və diplomatik nümayəndəliklərə raket və dron zərbələri endirir. İtaliyalı nazir xüsusilə Azərbaycanın hədəf seçilməsini kəskin tənqid edərək deyib:

"Tehrana qarşı heç bir əməliyyat keçirməmiş Azərbaycan, həmçinin Kipr, Türkiyə və Körfəz ölkələri kimi dövlətlərə hücumlar tamamilə qəbuledilməzdir. İtaliya hökuməti bu cür hərəkətləri qətiyyətlə pisləyir."

Bu bəyanat İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinə verdiyi strateji dəstəyin nümayişi kimi qiymətləndirilir. Tayani həmçinin beynəlxalq birliyi İranın bu genişmiqyaslı hücumlarını dayandırmaq üçün daha təsirli təzyiq mexanizmləri tətbiq etməyə çağırıb.

Musavat.com

Seçilən
70
musavat.com

1Mənbələr