AZ

ABŞ Ukraynadan dron almaq üçün danışıqlar aparır

ABŞ Ukraynadan dron almaq üçün danışıqlar aparır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, ABŞ və Ukrayna arasında hərbi əməkdaşlıqda tarixi bir dönüş nöqtəsi yaşanır. Belə ki, Vaşinqton Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) satın alınması və bu sahəyə milyardlarla dollar investisiya yatırılması üçün rəsmi Kiyevlə danışıqlara başlayıb. Bu müzakirələr xüsusilə Ukraynanın döyüş meydanında sınaqdan keçirdiyi və Rusiyanın istifadə etdiyi kamikadze dronlarına qarşı yüksək effektivlik göstərən “İnterseptor” (tutucu) dronların əldə edilməsinə yönəlib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadən qeyd olunur ki, Kiyev ABŞ-a dron istehsalını və texnologiya transferini nəzərdə tutan geniş bir saziş təklif edib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
86
1
yenisabah.az

2Mənbələr