AZ

“Araz Naxçıvan”ın zədəli olan futbolçusunun vəziyyəti necədir? Klubdan ə AÇIQLAMA

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının 22-ci turunda “Zirə” ilə oyunda zədələnən “Araz-Naxçıvan”ın müdafiəçisi Ömər Buludovun zədəsi ciddi hesab edilmir.

Bu barədə İdman.Biz-ə klubun mətbuat katibi Mahal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, növbəti turda meydana çıxıb-çıxmayacağı baş məşqçi Andrey Demçenkonun qərarından asılı olacaq.

Eyni zamanda, “Araz-Naxçıvan”ın digər iki üzvü - Urfan Abbasov və Vanderson Melo - zədələrini sağaldaraq komandaya qoşulublar.

Qeyd edək ki, Naxçıvan təmsilçisi Misli Premyer Liqasının 23-cü turunda səfərdə “Qarabağ”la üz-üzə gələcək.

Hazırda “Araz-Naxçıvan” turnir cədvəlində 33 xalla beçinci pillədə qərarlaşıb. “Qarabağ” isə 46 xalla ikinci yerdədir.

İlqar Şabanov

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
106
1
icma.az

2Mənbələr