AZ

Benində terror hücumunda 15 əsgər həlak olub

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beninin şimal-şərqində, Niger sərhədinə yaxın Kofonu bölgəsindəki hərbi mövqe silahlı şəxslər tərəfindən hədəfə alınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Benin ordusu məlumat yayıb.

Bildirilib ki, terror hücumunda 15 əsgər həlak olub, 5-i yaralanıb. Hücumdan sonra 4 terrorçu zərərsizləşdirilib və çoxsaylı motosikletlərin məhv edildiyi əməliyyat başlayıb.

Qeyd edək ki, Burkina Faso və Nigerlə həmsərhəd olan Benin 2016-cı ildən terror təhlükəsi ilə üzləşir. "Əl-Qaidə" və İŞİD ilə əlaqəli terrorçu qruplar dənizə çıxış əldə etmək üçün Qvineya körfəzi ilə həmsərhəd olan ölkələrə doğru irəliləyirlər. Keçən il Beninin şimalında baş verən terror hücumunda 54 əsgər həlak olub.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
131
525.az

1Mənbələr