AZ

Dilçilik  İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

AMEA Nəsimi adına Dilçilik  İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli açaraq mötəbər elm məbədində işləyən xanım əməkdaşları və onların timsalında bütün Azərbaycan qadınlarını təbrik edib, onlara cansağlığı və gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Professor bildirib ki, bütün  sahələrdə olduğu kimi, elmi fəaliyyət sahəsində də Azərbaycan qadınları olduqca fəaldırlar. Demək olar ki, elmin bütün sahələrində Azərbaycanın qadın alimləri dünya elminin nailiyyətləri səviyyəsində mühüm uğurlara imza atmışlar.  Nadir Məmmədli vurğulayıb ki,  xanımlar,bundan sonra da dilçilik elminin inkişafı,  ana dilinin saflığının qorunması, gənc alimlər nəslinin formalaşdırılması,  yeni elmi biliklərin yaradılması işində yaxından iştirak edərək  Azərbaycan elminin inkişafına öz töhfələrini verəcəkdir.

Daha sonra Dilçilik İnstitutu Həmkarlar təşkilatının sədri filologiya elmləri doktoru Qətibə Mahmudova institutun bütün qadınlarını  qəlbdən təbrik edərək,  çıxışında elm və təhsil sahəsində  uğurlar qazanan qadınların cəmiyyətin ictimai həyatında artan rolundan, ölkənin inkişafına verdikləri töhfələrdən söhbət açıb.  Tədbirdə çıxış edənlər  bildirib ki, bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb.

Tədbirin sonunda institutun  elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə seçilən bir qrup  qadın əməkdaşa Təşəkkürnamə və gül dəstələri təqdim olunub.

 

 

Seçilən
76
ikisahil.az

1Mənbələr