AZ

Böyük Britaniya Kiprə gəmi göndərilməsini gecikdirir, heyət çatışmazlığı var

ain.az, Bizimyol saytına istinadən bildirir.

Böyük Britaniyanın “HMS Dragon” adlı döyüş gəmisinin Kirpr sahillərinə göndərilməsi Portsmouth hərbi-dəniz bazasında personal çatışmazlığı səbəbindən gecikir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Gəminin dənizə çıxışına hazırlıq prosesində təmir və qaynaq işləri səbəbindən silahların sökülməsi tələb olunub. Britaniyanın hərbi sənaye işçilərinin maraqlarını qoruyan Prospect sindikatının rəhbərləri hesab edirlər ki, gecikmənin əsas səbəbi hökumətin xərcləri azaltmaq üçün bazadakı personal sayını ixtisar etməsidir.

Keçən il Böyük Britaniya Müdafiə Nazirliyi xərcləri azaltmaq məqsədilə müqavilə imzalamış və nəticədə Portsmouth bazasında 24 saatlıq növbətçilik dayandırılmışdı.

Daha əvvəl bildirildiyi kimi, dəyəri təxminən 1 milyard funt sterlinq (1,34 milyard dollar) olan 45-ci tip döyüş gəmisi limanda bir neçə gün daha qalacaq, bu da Kiprdəki Akrotiri Hərbi Hava Bazası üçün qorumanın azalmasına səbəb olacaq, gəminin gəlib çatması isə təxminən iki həftə daha uzanacaq.

Martın 3-də Böyük Britaniya Baş naziri Keir Starmer "HMS Dragon"un Akrotirini qorumaq üçün göndəriləcəyini açıqlayıb.

Martın 2-də Akrotiri hava bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində zərər dəymişdi. "Reuters" agentliyinin məlumatına görə, dron Livan ərazisindən şiə təşkilatı Hizbullah tərəfindən göndərilib.

Kipr hökuməti, britaniyalı ərazidə yerləşən Akrotiri kəndinin mülki əhalisini aerodrom yaxınlığında baş verən hücumlar səbəbindən təxliyə edib.

Martın 4-də adanın təhlükəsizliyini təmin etmək üçün Yunanıstan Hərbi Dəniz Qüvvələrinin iki freqatı - "Kimon" və "Psara", eləcə də Fransanın "Lanqedok" freqatı Kiprin Limasol şəhərinə gəlib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
105
bizimyol.info

1Mənbələr