AZ

Diş məcunu ilə diş fırçalamaq, ağız boşluğundakı qanı və ya ağız suyunu udmaq orucu pozurmu? Video

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Oruc, qulluğun ifadəsi olaraq, əvvəlki ümmətlərə vacib olduğu kimi, bizə də vacib edilmişdir. Həqiqətən də, Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edilmişdir ki, bəlkə təqvalı olasınız”. (Bəqərə 2:183) Beləliklə, O, bizə bu vacibatı bildirdi.

Oruc ibadəti İslamın beş sütunundan biridir. Oruc, Allahın razılığını qazanmaq məqsədilə gün ərzində yeməkdən, içkidən və dünyəvi istəklərdən çəkinməklə yerinə yetirilən bir ibadətdir. Hər şeyin zəkatı olduğu kimi, bədənin zəkatı da orucdur. İnsan malını zəkatla təmizlədiyi kimi, qəlbini və ruhunu da orucla çirkləndirən bəzi pis fikirlərdən təmizləyir. Oruc, bizə bəxş etdiyi saysız-hesabsız nemətlərə görə Allaha minnətdarlığımızın ifadəsidir.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, diş məcunu ilə diş fırçalamaq məsələsində əsas şərt odur ki, heç nə udulmasın: “Qədim zamanlarda misvak istifadə edilirdi və caiz sayılırdı. İndinin özündə belə müsəlmanlar misvakdan istifadə edirlər və misvakdan istifadə orucu pozmur. Məcunlu diş fırçalamada dad və köpük udulsa, oruc pozular. Ehtiyatlı olmaq vacibdir”.

İlahiyyatçı qeyd edib ki, öz ağız suyunu udmaq orucu pozmur: “Bu, təbii prosesdir və bundan qaçmaq mümkün deyil. Bəlğəm məsələsinə gəldikdə, bəzi alimlər bəlğəmin də ağız suyu olacağını deyərək orucu pozmadığını deyiblər. Əgər həddən artıq çox olarsa, ehtiyatı da qorumağı tövsiyə ediblər”.

Əkrəm Həsənov bildirib ki, ağız boşluğundakı yaradan çıxan qan əgər tüpürülərsə, problem yoxdur: “Qəsdən udularsa və miqdarı çox olarsa, oruc pozular. Az miqdar və qeyri-ixtiyari hal bağışlanan sayılıb. Burnundan qan açılan şəxsin orucu pozulmur, çünki qan çıxır, daxil olmur”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
128
bizimyol.info

1Mənbələr