AZ

Nərimanov rayonunda “8 mart Beynəlxalq Qadınlar Günü” münasibətilə şəhid ailələrinin qadın nümayəndələri üçün bayram tədbiri keçirilib

ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Nərimanov rayonunda “8 mart Beynəlxalq Qadınlar Günü” münasibətilə şəhid ailələrinin qadın nümayəndələri üçün bayram tədbiri keçirilib.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş şəhid ailələrinin qadın nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev açılış nitqi ilə çıxış edərək şəhid ailələrinin qadın nümayəndələrini “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib. E.Quliyev Azərbaycan qadınının cəmiyyətimizdəki yüksək rolundan, şəhid ailələrinin dövlət və cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğundan geniş bəhs edib.

Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Hikmət Babaoğlu və YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva çıxışlarında vurğulayıblar ki, Vətən uğrunda canından keçən qəhrəmanların ailələri xalqımız üçün böyük qürur mənbəyidir və onların göstərdiyi fədakarlıq hər zaman yüksək qiymətləndirilir.

YAP Nərimanov rayon təşkilatı tərəfindən “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə şəhid ailələrinin qadın nümayəndələrinə gül dəstələri və hədiyyələr təqdim olunub.

Görüşdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Hümbətovun anası Leyla Hümbətova və digər şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasının rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
yeniazerbaycan.com

1Mənbələr