ain.az, Avtosfer saytına istinadən bildirir.
Sumqayıt şəhərinin Sülh prospektində hərəkətdə olan 42 nömrəli marşrut avtobusu yol hərəkəti qaydalarını pozub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə digər nəqliyyat vasitəsini idarə edən sürücü tərəfindən qeydə alınıb.
Görüntülərdə sözügedən avtobus yalnız sol zolağa keçərək sola dönmək əvəzinə sağa doğru manevr edib.
Sürücülər bu halın qəza şəraiti yaratdığını söyləyiblər.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
Xatırladaq ki, Azərbaycanda yol hərəkəti qaydalarına görə sol zolaq əsasən ötmə və ya sola dönmə üçün nəzərdə tutulur.
Sürücü üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə, 100 manat cərimə və üç balla cəzalandırılır.
Ətraflı videonu təqdim edirik:
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.