AZ

Əli Əlizadə: Səfirlik və Baş Konsulluğun təxliyəsi barədə göstəriş verilib

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğunun təxliyəsi barədə göstəriş verilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X" platformasında paylaşım edib.

"Son 3 ildə (2023-2026) artıq ikinci təxliyə", - səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə bu gün birgə mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
4
baku.ws

10Mənbələr