AZ

İslam Respublikasında 4 min tikiliyə zərər dəyib - Statistika

ABŞ və İsrailin hücumlarında ümumilikdə 3643 mülki tikili, o cümlədən 3090 yaşayış binası, 528 ticarət və xidmət mərkəzi, 14 tibb və əczaçılıq müəssisəsi və 9 Qızıl Aypara mərkəzi zərər görüb.

"Yeni Sabah" "Pars Today-a istinadla xəbər verir ki, bir neçə təcili yardım maşını da zərər görüb.

Tehran ən çox ziyan çəkib. Paytaxtda hədəflər arasında Qandi, Vəliyi-Əsr, Xatəm əl-Ənbiya və Motahari xəstəxanaları, Qızıl Aypara Hərtərəfli Reabilitasiya Mərkəzi, eləcə də Tehran bazarı, Mehrabad Hava Limanı, təhsil müəssisələri, 12000 yerlik Azadi Stadionu da daxil olmaqla idman kompleksləri və sıx məskunlaşmış yaşayış məntəqələri olub.

Növbəti ən yüksək itki nisbəti Hörmüzqan əyalətində olub.


Telegram kanalımız
Seçilən
122
1
yenisabah.az

2Mənbələr