AZ

Bu bank BOKT-a çevrilir

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 05 mart2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank“BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredittəşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinəqabaqcadan razılıq verilib.

Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yəçevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkilihaqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq MərkəziBankın nəzarəti altında həyata keçiriləcəkdir.

Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görəölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB)arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə”imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-də müddətli vətələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı iləonların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-dəxidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onlarındepozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, Bank“BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərəqarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABBtərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlımüştərilərə məlumatlar ABB və Bank “BTB” ASC tərəfindən müvafiqkommunikasiya kanalları vasitəsilə çatdırılacaqdır.

Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankınkreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdidyaratmır.

Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusiçəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərindəisə 0.6% təşkil edir.

Məqalədə:
Seçilən
118
33
az.trend.az

10Mənbələr