Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Gənclərbirliyi" Levent Şahinlə yollarını ayırıb.
Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Levent Şahin bu ilin fevralında "Gənclərbirliyi"nə baş məşqçisi təyin olunmuşdu. Onunla 2027-ci ilin yayına kimi müddətə müqavilə imzalanmışdı.
Bu mövsüm artıq dördüncü baş məşqçi istefası yaşanan "Gənclərbirliyi" hazırda Super Liqada 24 tura 24 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.