AZ

Revanşist erməni deputatdan növbəti təxribat

Ermənistanda revanşist mövqeyi ilə tanınan siyasətçilər yenidən Azərbaycan əleyhinə ritorika ilə gündəmə gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından olan deputat Ayk Mamicanyan parlamentdə keçirdiyi brifinq zamanı hakimiyyətin xarici siyasətini tənqid edərkən yenə də qərəzli və təxribatçı bəyanatlar səsləndirib.

O iddia edib ki, Ermənistan ciddi təhlükəsizlik problemləri ilə üz-üzədir və guya Meğri ilə bağlı risklər mövcuddur. Deputat həmçinin Bakıda Ermənistan ərazisindən keçəcək yolun kilometrlərinin müzakirə edildiyini iddia edib.

Mamicanyan bunun fonunda istehzalı şəkildə bildirib ki, Ermənistanın ərazisinin guya yalnız İrəvanın mərkəzi – Kentron inzibati rayonunun ölçüsünə qədər kiçilə biləcəyi barədə danışılır.

Qeyd edək ki, Mamicanyan Ermənistanın keçmiş hakimiyyətinə bağlı olan və regionda gərginliyi artıran bəyanatları ilə tanınan siyasətçilərdən biridir.

Musavat.com

Seçilən
74
9
musavat.com

10Mənbələr