AZ

İranda müharibə Makronu xilas etdi

Fransa prezidenti Emmanuel Makrona olan etimad reytinqi onun nüvə silahı ilə bağlı bəyanatından sonra gözlənilmədən artıb.

Publika.az xəbər verir ki, “Les Echos” qəzetində dərc olunan sorğu nəticələrinə görə, dövlət başçısının fəaliyyətinə dəstək səviyyəsi 25 faizə çatıb.

Tədqiqatçılar bu artımı İsrail və ABŞ-ın İranda başladığı əməliyyat və bunun ardınca Fransa liderinin nüvə çəkindirməsi mövzusuna toxunduğu çıxışı ilə əlaqələndirirlər.

Makronun nüvə silahı ilə bağlı bəyanatına Moskva da reaksiya verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov siyasətçini tənqid edərək bildirib ki, bu cür açıqlamalar nüvə silahlarının nəzarətsiz yayılması riskini artırır.

Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo isə Makronu hakimiyyətdə qalmaq üçün Fransanı İranla müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib.

Seçilən
110
publika.az

1Mənbələr