AZ

Avstraliya ABŞ sualtı qayığında hərbçilərinin olduğunu təsdiqlədi

Avstraliya ABŞ sualtı qayığında hərbçilərinin olduğunu təsdiqlədi

Avstraliyanın Baş naziri Entoni Albanese həftənin əvvəlində İran Hərbi Dəniz Qüvvələrinə məxsus "IRIS Dena" freqatını batıran ABŞ sualtı qayığında 3 Avstraliya hərbçisinin olduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, "Sky News"a danışan Baş nazir normalda bu cür məsələləri təsdiqləmədiklərini, lakin Milli Təhlükəsizlik Komitəsinin iclasları və ictimaiyyətin marağını nəzərə alaraq sözügedən gəmidə 3 hərbi personelin olduğunu təsdiqləyə biləcəyini qeyd edib.

Albanese avstraliyalı hərbçilərin əməliyyatda birbaşa iştirak etmədiyini müdafiə edərək, heç bir Avstraliya personalının İrana qarşı hər hansı hücum hərəkatına qatılmadığını xüsusi vurğulayıb. O, həmçinin qeyd edib ki, Avstraliya əsgərləri üçüncü ölkələrin müdafiə vasitələrinə inteqrasiya olunduqda onların ölkə qanunvericiliyinə və siyasətinə uyğun hərəkət etmələrini təmin edən xüsusi tənzimləmələr mövcuddur.

Xatırladaq ki, ABŞ-ın "Virginia" sinfinə məxsus sürətli hücum sualtı qayığı "IRIS Dena"nı Şri-Lanka sahillərində batırıb. Şri-Lanka rəsmiləri dünənə olan məlumata görə, ərazidən 87 nəfərin cəsədinin çıxarıldığını, 32 nəfərin isə xilas edildiyini bildiriblər.

Seçilən
74
afn.az

1Mənbələr