Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın zərbələrinə cavab olaraq ölkənin milyardlarla dollarlıq aktivlərini dondura bilər.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
BƏƏ ölkədə qeydiyyatdan keçmiş saxta İran şirkətləri və İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hesabların bloklanmasını müzakirə edir. Bundan əlavə, ölkə valyuta mübadilə məntəqələrində geniş yoxlamalara başlaya bilər. Bu məntəqələr vasitəsilə pullar qeyri-rəsmi olaraq İrana gedir və İran şirkətləri BƏƏ-ni sanksiyalardan yan keçmək üçün istifadə edirlər.
Qəzetin vurğuladığına görə, belə bir addım atılsa, Tehran üçün xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxış xeyli məhdudlaşacaq. Bu, artıq inflyasiya problemləri ilə üzləşən İran iqtisadiyyatını, həmçinin hərbi münaqişənin təsirinə məruz qoyacaq.
Musavat.com