AZ

Azərbaycanda nə qədər bank qaldı? – TAM SİYAHI

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

Bu çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar"la müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 21-ə enib.  Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün təsdiqlədiyi rəsmi məlumatlara əsasən, hazırda ölkədə fəaliyyət göstərən 21 bankın tam siyahısı aşağıdakı kimidir:

1. Dövlət payı olan banklar

Bu banklarda əsas səhmdar Azərbaycan dövlətidir (müvafiq qurumlar vasitəsilə):

ABB (Azərbaycan Beynəlxalq Bankı);

Azər-Türk Bank.

2. Yerli özəl banklar

Azərbaycanın maliyyə bazarının əsas hissəsini təşkil edən yerli kapitallı banklar:

Kapital Bank (Ən geniş filial şəbəkəsi);

PAŞA Bank;

Xalq Bank;

Bank Respublika;

Unibank;

AccessBank;

Bank of Baku;

Yelo Bank;

Rabitəbank;

TuranBank;

Expressbank;

Azərbaycan Sənaye Bankı (ASB);

Premium Bank;

AFB Bank;

Bank Avrasiya;

3. Xarici bankların yerli törəmələri və ya filialları

Beynəlxalq bank qruplarının Azərbaycandakı təmsilçiləri:

Yapı Kredi Bank Azərbaycan (Türkiyə kapitalı);

Ziraat Bank Azərbaycan (Türkiyə kapitalı);

VTB Bank Azərbaycan (Rusiya kapitalı);

Bank Melli İran (İran bankının Bakı filialı).

Qeyd edək ki, Mərkəzi Bank mart ayının əvvəlində ölkənin maliyyə dayanıqlığı üçün həlledici rol oynayan 5 əsas bankın siyahısını yenidən təsdiqləyib. Bu banklar xüsusi nəzarət rejimində saxlanılır:

ABB (Azərbaycan Beynəlxalq Bankı);

Kapital Bank;

PAŞA Bank;

Bank Respublika;

Unibank.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
95
yenisabah.az

1Mənbələr