ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Sumqayıt şəhəri, İsmət Qayıbov və Niyazi küçələrinin kəsişməsində qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 5-də saat 09:00 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, piyada işıqforun qadağanedici işığına məhəl qoymadan yolu qaçaraq keçir. Bu zaman onu görüntüyə alan avtomobilin sürücüsü siqnal verərək xəbərdarlıq edib, lakin piyada əl hərəkəti ilə “Keçiddən keçirəm, görmürsən?” deyərək törətdiyi xətaya haqq qazandırıb.
Təəssüflə qeyd edək ki, bəzi piyadalar nizamlanan keçidlərdən keçərkən işıqfora diqqət yetirmirlər. Nizamlanan keçidlərdə piyadaların hərəkətini işıqfor tənzimləyir və piyadalar keçidlərdən keçərkən işıqfor siqnalına uyğun hərəkət etməlidirlər. Hətta onlar keçidlərdən istifadə edərkən belə yaxınlaşan avtomobillərin dayandığına əmin olduqdan sonra yolu keçməlidirlər.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.