AZ

Bloomberg: Hörmüz boğazında gəmiçilik demək olar ki, tam dayanıb...

Yaxın Şərqdə müharibə fonunda son 24 saat ərzində boğazdan bir dənə də olsun neft tankeri keçməyib...

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Hörmüz boğazında dəniz nəqliyyatı demək olar ki, tamamilə dayanıb.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində dünyanın enerji tədarükü üçün həyati əhəmiyyət daşıyan bu strateji su yolundan bir dənə də olsun neft tankeri keçməyib. Regionda davam edən hərbi qarşıdurma və təhlükəsizlik riskləri gəmiçilik fəaliyyətinə ciddi təsir göstərib.

Agentliyin qeyd etdiyi kimi, gəmiçilik siqnallarının təhlili göstərir ki, son sutka ərzində boğazdan cəmi iki kommersiya gəmisinin tranziti qeydə alınıb. Bu barədə məlumat Birləşmiş Dəniz İnformasiya Mərkəzi tərəfindən təsdiqlənib.

Eyni zamanda bildirilir ki, bu keçidlər neft tankerləri deyil, yük gəmiləri tərəfindən həyata keçirilib. Məlumat Yaxın Şərq üzrə ixtisaslaşmış çoxmillətli dəniz müşahidə və məsləhət qrupunun açıqlamasına istinadən təqdim olunub.

Ekspertlər bildirirlər ki, Hörmüz boğazında nəqliyyatın dayanması qlobal enerji bazarına ciddi təsir göstərə bilər. Çünki dünya üzrə dəniz yolu ilə daşınan neftin böyük hissəsi məhz bu boğazdan keçir. Bu marşrutda yaranan hər hansı fasilə beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr