AZ

Tehranda şok zərbə: Xameneinin gizli bunkeri yerlə-yeksan edildi - VİDEO

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Əli Xameneinin Tehrandakı rəhbərlik iqamətgahının altında yerləşən yeraltı hərbi bunkeri məhv edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, zərbə dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirilib və əməliyyatda İsrail Hərbi Hava Qüvvələrinə məxsus təxminən 50 döyüş təyyarəsi iştirak edib.

Məlumata görə, bunker İranın ali rəhbəri Əli Xamenei üçün nəzərdə tutulmuş təhlükəsiz fövqəladə komanda mərkəzi kimi istifadə olunurdu və Tehranın mərkəzində yerləşən rəhbərlik kompleksinin altında qurulmuşdu.

İsrail ordusunun açıqlamasına görə, yeraltı kompleks İranın yüksək vəzifəli rəsmiləri tərəfindən istifadə olunur və İsrailə qarşı hərbi fəaliyyətlərin planlaşdırıldığı əsas mərkəzlərdən biri hesab edilir.

Qurum bildirir ki, bunker uzunmüddətli kəşfiyyat və araşdırma prosesindən sonra hədəfə alınıb və zərbə İran rəhbərliyinin komanda-idarəetmə imkanlarını zəiflətməyə yönəlib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
129
yenisabah.az

1Mənbələr