AZ

Qubada məktəblilərlə maarifləndirici görüş keçirilib

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Quba Rayon Polis Şöbəsi tərəfindən 2 saylı tam orta məktəbdə narkomaniya və erkən nikaha qarşı maarifləndirici görüş keçirilib.

Gununsesi.info bildirir ki, görüşdə çıxış edən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev gənclərin zərərli vərdişlərdən uzaq olmasının, təhsilə və düzgün həyat tərzinə üstünlük verməsinin cəmiyyətin gələcəyi üçün vacib olduğunu bildirib. O, şagirdləri qanunlara hörmətlə yanaşmağa və vətənə faydalı vətəndaş olmağa çağırıb.

Görüş zamanı məktəblilərə narkotik maddələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərər, həmçinin erkən nikahın yaratdığı ictimai və hüquqi problemlər barədə məlumat verilib.

Tədbir çərçivəsində şagirdlərə Polis Akademiyası barədə də məlumat təqdim olunub, akademiyada təhsil və qəbul qaydaları izah edilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
120
icma.az

1Mənbələr