AZ

Yuxarı Şirvan kanalında bir nəfər batdı AXTARILIR

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan vətəndaş, 1995-ci il təvəllüdlü Abdullayev Ramin Elşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
4
baku.ws

10Mənbələr