ABŞ-ın indiki prezidenti Donald Tramp, keçmiş prezident Co Bayden və keçmiş BMT səfiri Nikki Heyli onun potensial hədəf siyahısında yer alırlar. Asif Mercant 47 yaşında ABŞ siyasətçilərinə sui-qəsd planlaması ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
İttihama görə, onun planı İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənib. ABŞ-ın Nyu-York ştatında keçirilən məhkəmədə ortaya çıxan detallar, sanki casus filmlərindən çıxmış səhnələrə bənzəyir: Mercant, güman edilən qatillərə 5000 dollar ödəməyi, siyasi mitinqləri araşdırmağı və potensial hədəfləri müəyyən etməyi planlaşdırıb. Lakin pakistanlı iş adamı iddia edir ki, bütün bu addımlar onu yalnız “ailəsinin təhlükədə olması” məcbur edib. Mercant məhkəmədə urdu dili tərcüməçisi vasitəsilə deyib: “Ailəm təhlükə altında idi və mən bunu etməli idim. Mən bu işə könüllü getməmişəm”.
Faktlar isə hadisələrin daha dramatik olduğunu göstərir: Mercantın pul ödədiyi güman edilən şəxslər əslində gizli FTB agentləri olub. Mercant 12 iyul 2024-cü ildə, Trampa qarşı sui-qəsd cəhdindən bir gün əvvəl, Pensilvaniya ştatının Batler şəhərində həbs edilib. Prokuror Nina Qupta Bruklin məhkəməsində soruşub: “Siz siyasətçini öldürmək üçün mafiya üzvlərini işə götürmək məqsədilə ABŞ-a səfər etmisiniz, elə deyilmi?”
Mercant isə qısa və konkret cavab verib: “Düz deyirsən”.
![]()
O, həmçinin FTB ilə əməkdaşlıq etdiyini, amma nəticədə əməkdaşlıq müqaviləsi əldə etmədiyini bildirib. Məhkəmə prosesi isə İranın Ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən bir həftədən az əvvəl baş verir. ABŞ hökuməti İrana aid sui-qəsd planını rədd edir, amma Mercantın iddiaları beynəlxalq səviyyədə ciddi sensasiya doğurur. 47 yaşlı Mercant, Pakistanda 20 illik bankçılıq karyerasından sonra geyim, avtomobil satışı, banan ixracı və izolyasiya idxalı kimi bizneslərlə məşğul olub. 2022-ci ilin sonlarında o, İran İnqilab Keşikçilərinin kəşfiyyat agenti ilə tanış olub və qanunsuz pul köçürmələri, əks-müşahidə üsulları öyrədilib. Mercant deyir ki, ABŞ-a vaxtaşırı səfərləri və geyim biznesi İnqilab Keşikçilərinin diqqətini cəlb edib. Daha sonra ona ABŞ sakinlərini kəşfiyyat üçün seçmək, etirazlar təşkil etmək, əşyalar oğurlamaq, çirkli pulların yuyulmasına kömək etmək və “bəlkə də kimisə öldürmək” tapşırığı verilib. Konkret hədəflər isə Tramp, Bayden və Heyli olub.
Mercant iddia edir ki, ABŞ-a gəldikdən sonra Hyuston hava limanında FTB tərəfindən saxlanılıb, əşyaları axtarılıb və İrana səfərləri barədə soruşulub. Buna baxmayaraq, o, Trampın mitinq yerlərini araşdırıb, siyasi mitinqdə atışma planı hazırlayıb, güman edilən qatilləri sıraya düzüb və əmisi oğlundan 5000 dollar toplayıb. Hətta saxta müşahidələri bir kitaba gizlədərək vasitəçilər vasitəsilə İrana göndərib. Prokurorlar bildirirlər ki, Mercant həbs olunmazdan əvvəl iddia etdiyi çətin vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib və FTB əməkdaşları ilə müsahibələrində təzyiq altında hərəkət etdiyini iddia etsə də, bunu dəstəkləyəcək fakt təqdim etməyib.
E.Məmmədəliyev,
Musavat.com