AZ

“İranda qərarları SEPAH generalları verir”

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“SEPAH generalları İranda faktiki hakimiyyəti ələ keçiriblər. Ali dini lider öldürülüb, yeni lider seçilməyib, Prezident Məsud Pezeşkianın isə səlahiyyəti yoxdur”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

“Müharibəni aparanlar və qonşu ölkələri raket və dron atəşinə tutan SEPAH generallarıdır. Strateji düşünə bilməyən bu generallar İranı daha ağır təlütamlərə sürükləyirlər. Misal üçün İranın Azərbaycan ərazisinə dron zərbəsi yalnız iki ölkə arasındakı münasibətləri gərginləşdirmədi, İranın böyük ümid bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti qeyri-müəyyən dövrə qədər dayandırıldı, idxal-ixrac əməliyyatları dondurulub. Və ya İran günlərdir Birləşmiş Ərəb Əmirliklərinə zərbələr endirir.

Birləşmiş Ərəb Əmirlikləri buna cavab olaraq İranın milyardlarla dollarlıq aktivlərini dondurmağa qərar verib. Məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərini hədəf seçən İslam Keşikçiləri Korpusunun bu ölkədəki banklarda müxtəlif hesabları var idi. İslam Keşikçiləri Korpusu bu hesablar vasitəsilə Qərbin sanksiyalarından yayınır və pul kütləsini gizlətməyə çalışırdı. Yəni İrandakı radikal güclər oturduqları budaqları kəsirlər”.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
3
icma.az

9Mənbələr