AZ

“Beşiktaş” rusiyalı futbolçunu transfer edir

ÇSKA-nın yarımmüdafiəçisi Matvey Kislyak karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Beşiktaş” 20 yaşlı rusiyalı futbolçunu transfer siyahısına daxil edib. İstanbul klubunun skautları Kislyakın oyunlarını izləyiblər və yay transfer pəncərəsində onun keçidi üçün cəhd ediləcək.

ÇSKA-nın yetirməsi olan Rusiya millisinin üzvü bu mövsüm 29 rəsmi oyunda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
113
idmanxeber.az

1Mənbələr