AZ

Balakəndə məktəblilərin Spartakiadasına 350 nəfər qoşulub

Balakən, 6 mart, AZƏRTAC

Balakəndə məktəblilərin Spartakiadasına 350 nəfər qoşulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Balakən Rayon İcra Hakimiyyəti, rayon üzrə gənclər və idman sektoru və təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.

Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Balakən Atçılıq və Velosiped İdmanı Klubunun üzvlərinin nümunəvi keçidi baş tutub.

Balakən rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Sarxan Hacıyev çıxış edərək dövlətin idmana olan qayğısı, bədən tərbiyəsinin inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində görülən tədbirlərdən danışıb.

Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev çıxışında qeyd edib ki, Azərbaycanın idman sahəsində qazandığı uğurlar ölkəmizin beynəlxalq arenada nüfuzunun göstəricisidir. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Spartakiadanın proqramına daxil olan sərbəst güləş, mini futbol, atletika və voleybol yarışlarına start verilib.

Müxbir- Rasim İslamoğlu

Seçilən
15
1
azertag.az

2Mənbələr