AZ

Naxçıvana hücum İranın riyakarlığının və nankorluğunun növbəti təzahürüdür - Azər Qarayev

Bakı. Trend:

Martın 5-də İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuşaparatları Naxçıvan Muxtar Respublikasının ərazisinə zərbələrendirdi. Zərbələrin hədəfi hərbi obyektlər deyil, mülkiinfrastrukturlar idi. Dronlardan biri Naxçıvan Beynəlxalq HavaLimanı istiqamətinə, digəri isə məktəbin yaxınlığına düşdü. Hadisənəticəsində dörd nəfər xəsarət aldı. Bu fakt özü-özlüyündə İranınregiondakı siyasətinin mahiyyətini və molla rejiminin əsl simasınıaçıq şəkildə ortaya qoymaqla yanaşı İranın riyakarlığının vənankorluğunun növbəti təzahürüdür.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətbaşçısı hadisəni açıq şəkildə terror aktı kimi qiymətləndirdi.Prezident İlham Əliyev çıxışında bildirdi: "Bu gün İran tərəfindənAzərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktıtörədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İrandövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşinhədəfləri mülki obyektlər idi". Bu sözlər hadisənin mahiyyətini tamşəkildə ifadə edir. Çünki Naxçıvan istiqamətində həyata keçirilənzərbələr sırf mülki obyektlərə yönəlmişdi. Bu isə beynəlxalqhüququn, humanitar prinsiplərin və elementar insanlıq dəyərlərininkobud şəkildə pozulması deməkdir", - o bildirib.

Onun sözlərinə görə, İranın hücum üçün məhz Naxçıvanistiqamətini seçməsi təsadüfi sayıla bilməz.

"Molla rejimi yaxşı bilir ki, Azərbaycanın əsas hissəsi iləNaxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi uzun illərdirməhdud vəziyyətdədir. Bu səbəbdən regionu ölkənin digər hissəsi iləəsasən hava nəqliyyatı birləşdirir. Naxçıvan hava limanını hədəfalmaqla İran faktiki olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvanarasında əlaqəni kəsmək niyyətində olduğunu göstərmiş oldu. Butaktika region üçün yeni deyil. 1990-cı illərdə Ermənistan eynimetodu istifadə edərək Naxçıvanı blokadada saxlamağa çalışmışdı. Bugün isə İranın həmin yanaşmanı təkrarlaması diqqətdən qaça bilməz.Belə addım həm də İranın regionda sabitlik və əməkdaşlıq haqqındaverdiyi bəyanatların nə qədər riyakar olduğunu göstərir", - obildirib.

A.Qarayev qeyd edib ki, Naxçıvana qarşı dron hücumundan dərhalsonra diqqət çəkən digər mühüm məqamlardan biri informasiyaməkanında baş verən proseslər oldu.

"Hadisə baş verən kimi İran, Ermənistan və qismən də Rusiyainformasiya seqmentində koordinasiyalı şəkildə çoxsaylıdezinformasiya materialları yayılmağa başladı. Sosial şəbəkələrdə,xüsusilə Telegram və X kanallarında və bəzi media resurslarındahadisənin mahiyyətini təhrif edən, məsuliyyəti yayındırmağayönəlmiş feyk xəbərlər tirajlandı. Bu məlumatların əsas məqsədihücumun əsl mahiyyətini gizlətmək və beynəlxalq ictimai rəyiçaşdırmaq idi. Bir sıra platformalarda zərbələrin guya "naməlumqüvvələr" tərəfindən həyata keçirildiyi iddia olunur, bəzilərindəisə ümumiyyətlə İranın bu hadisə ilə əlaqəsinin olmadığı barədəiddialar irəli sürülürdü. Digər bir qrup dezinformasiyamateriallarında isə hadisə təhrif edilərək guya Azərbaycanınvəziyyəti "şişirtdiyi" kimi əsassız tezislər irəli sürülürdü. Bucür informasiya manipulyasiyası təsadüfi deyil. Müasirmünaqişələrdə hərbi hücumlarla paralel şəkildə genişmiqyaslıinformasiya müharibəsi də aparılır. Hücum edən tərəf beynəlxalqictimai rəyə təsir göstərmək, məsuliyyətdən yayınmaq və hadisəninsiyasi nəticələrini minimuma endirmək üçün müxtəlif dezinformasiyametodlarından istifadə edir. Naxçıvan hadisəsindən sonra yayılanməlumatların xarakteri də bunu açıq şəkildə göstərirdi. Beləkampaniyaların digər məqsədi isə Azərbaycan cəmiyyətində çaşqınlıqyaratmaq, ictimai rəyi manipulyasiya etmək və hadisənin realsəbəbləri barədə şübhələr formalaşdırmaq idi. Lakin rəsmiqurumların operativ açıqlamaları, hadisə yerindən yayılangörüntülər və faktlara əsaslanan məlumatlar bu cürmanipulyasiyaların qısa müddətdə ifşa olunmasına səbəb oldu. Buhadisə bir daha göstərdi ki, regionda baş verən gərginliklər zamanıtəkcə hərbi təhlükələr deyil, informasiya təhlükəsizliyi də ciddiəhəmiyyət daşıyır", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan regiondakı bütüngərginliklərdə daim balanslı və məsuliyyətli siyasət yürüdüb.Ölkəmiz heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadəolunmasına imkan verməyib. Bu prinsip dəfələrlə rəsmi şəkildə bəyanedilib.

"Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasındabunu bir daha xatırladaraq bildirdi: "Dəfələrlə İran tərəfinə,xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdirki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadəolunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günəqədər imkan verməmişik". Azərbaycanın bu mövqeyi uzun illərdirdəyişməz olaraq qalır. Bakı regionda qarşıdurma deyil, əməkdaşlıqtərəfdarı olduğunu hər zaman göstərib. Lakin buna baxmayaraq, İrantərəfi davamlı olaraq Azərbaycana qarşı əsassız ittihamlarsəsləndirib və təxribat xarakterli addımlar atıb", - obildirib.

A.Qarayev qeyd edib ki, Naxçıvana hücum hadisəsinin ən diqqətçəkən tərəflərindən biri də ondan əvvəl baş verən hadisələrdir.

"İranın ali dini rəhbərinin ölümü ilə bağlı dünyada çox azdövlət başçısı rəsmi addım atmışdı. Prezident İlham Əliyev isəşəxsən İranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verdi.Bu addım beynəlxalq diplomatiyada nadir jestlərdən biridir. Dövlətbaşçısı bunu sadəcə diplomatik protokol kimi deyil, qonşuluqmünasibətlərinə hörmət əlaməti kimi etdi. Hətta İranın çətinvəziyyətdə qaldığı digər məsələlərdə də Azərbaycan yardımgöstərməyə hazır olduğunu bildirdi. Prezident İlham Əliyev bubarədə çıxışında belə dedi: "Mən onların səfirliyinə gedibbaşsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqaheç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib". Bufakt Azərbaycanın münasibətlərdə səmimi və açıq siyasət apardığınıbir daha göstərir. Lakin İranın buna cavabı mülki obyektlərə qarşıdron zərbəsi oldu", - politoloq bildirib.

Onun sözlərinə görə, Azərbaycan yalnız diplomatik jestlərləkifayətlənməmişdi. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyikimi, İranın Livanda qalmış diplomatik əməkdaşlarının təxliyəsiməsələsində də Bakı kömək göstərməyə razılıq verdi.

"Dövlət başçısı bu epizodu belə xatırlatdı: "Onu dabildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xariciişlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İransəfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycankömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Məndərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Həttaonlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki,lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxtkömək göstərməliyik?". Bu sözlər Azərbaycanın humanitar və qonşuluqprinsipinə sadiq siyasətini açıq şəkildə göstərir. Lakin eynizamanda İranın davranışı ilə bu siyasət arasındakı ziddiyyəti dəortaya qoyur", - o bildirib.

A.Qarayev qeyd edib ki, İranın Azərbaycana qarşı düşmən mövqeyison hadisələrlə məhdudlaşmır.

"Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyi də terrorhücumuna məruz qalmışdı. Silahlı şəxs səfirliyə daxil olaraqAzərbaycan vətəndaşlarına atəş açmışdı. Hadisə nəticəsində birnəfər həyatını itirmiş, bir nəfər isə ağır yaralanmışdı. Ən diqqətçəkən məqam isə hücumun uzun müddət davam etməsinə baxmayaraq,İranın təhlükəsizlik orqanlarının hadisəyə dərhal müdaxilə etməməsiidi. Bu fakt Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi suallardoğurmuşdu. Prezident İlham Əliyev çıxışında bu hadisənixatırladaraq dedi: "O vaxt da bizdə şübhə yox idi ki, bunu törədənİran dövlətidir". Bu hadisə iki ölkə münasibətlərində ciddigərginliyə səbəb olmuş və Azərbaycan səfirliyinin fəaliyyətidayandırılmışdı", - o bildirib.

Politoloq vurğulayıb ki, İranın Azərbaycana münasibətininkökləri daha əvvələ - Qarabağ münaqişəsinin illərinə gedibçıxır.

"Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə Ermənistanın işğalıaltında qaldığı dövrdə İran rəsmi olaraq neytral mövqe nümayişetdirdiyini iddia etsə də, faktlar fərqli mənzərə göstərirdi. İşğalolunmuş ərazilərdə dağıdılmış şəhər və kəndlərdən tikintimateriallarının İrana aparılması barədə çoxsaylı məlumatlaryayılmışdı. Daşların və digər materialların sökülərək satılmasıhəmin dövrdə geniş müzakirə mövzusu olmuşdu. Bundan əlavə,Ermənistan iqtisadi və logistika baxımından İranla sıx əlaqələrsaxlayırdı. Bu əlaqələr regionda balansın pozulmasına səbəb olurdu.2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı da İranındavranışı Azərbaycanda ciddi narazılıq doğurmuşdu. Müharibədövründə Ermənistan istiqamətinə yanacaq və digər resurslarıngöndərilməsi barədə məlumatlar yayılmışdı. Həmin dövrdə İranrəsmiləri "qırmızı xətlər" barədə bəyanatlar verir, regiondakıproseslərlə bağlı Azərbaycana yönəlik tənqidlər səsləndirirdilər.Bu isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bir dövrdə ciddisuallar doğururdu", - o bildirib.

A.Qarayev bildirib ki, bütün bu hadisələrə baxmayaraq Azərbaycanregionda sabitliyin tərəfdarı olaraq qalır. Lakin ölkə öztəhlükəsizliyini qorumaq üçün də bütün imkanlara malikdir.

"Prezident İlham Əliyev çıxışında bunu açıq şəkildə vurğuladı:"Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə,təcavüzlə barışmayacağıq". Bu bəyanat Azərbaycanın millitəhlükəsizlik məsələlərində qətiyyətli mövqeyini göstərir.Azərbaycan dövləti mülki vətəndaşların təhlükəsizliyini qorumaqüçün bütün lazımi addımları atmağa hazır olduğunu dəfələrlə nümayişetdirib. Naxçıvana dron hücumu İranın Azərbaycana qarşı siyasətindəyeni mərhələ kimi qiymətləndirilə bilər. Bu hadisə bir dahagöstərdi ki, rəsmi Tehran regionda sülh və əməkdaşlıq barədəsəsləndirdiyi bəyanatlarla real siyasəti arasında ciddi ziddiyyətmövcuddur.

Azərbaycan isə bütün çətinliklərə baxmayaraq beynəlxalq hüquqavə qonşuluq prinsiplərinə sadiq qalır. Prezident İlham Əliyevinsəfirliyə gedərək başsağlığı verməsi, diplomatik münasibətlərdəsəmimiyyət nümayiş etdirməsi bunun bariz nümunəsidir. Lakin mülkiinfrastruktura hücum kimi addımlar regionda etimadı sarsıdır vəmünasibətlərə ciddi zərbə vurur. Tarix göstərir ki, Azərbaycan öztəhlükəsizliyini və suverenliyini qorumaq üçün hər zaman qətiyyətliolub və bundan sonra da belə olacaq", - politoloq əlavə edib.

Məqalədə:
Seçilən
214
50
az.trend.az

10Mənbələr