Masallıda deputat Məşhur Məmmədovun təşəbbüsü ilə mart ayında doğulan şəhidlərin anaları ziyarət olunub.
Millət vəkilinin köməkçiləri mart ayında doğulan Masallının qəhrəman şəhidlərinin ailələrini ziyarət edərək, həm şəhidlərin xatirəsini yad ediblər, həm də şəhid analarına Məşhur Məmmədovun 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar. Ziyarət zamanı şəhid ailələrinə diqqətin hər zaman prioritet olduğu vurğulanıb.
Masallı rayonu Lürən kəndində Həmidon Namiq Nəcəf oğlunun anası Həmidova Vəsilə Qəvvam qızı, Sığdaş kəndində şəhid Vilayət Əliyevin anası Ağayeva Sərvər Aslan qızı, şəhid Vurğun Əkbərovun anası Əkbərova Əzizə Talıb qızı, eləcə də Mahmudavar kəndində Şahbazov Mübariz Tofiq oğlunun anası Şahbazova Təmilə Məmmədbağı qızı və Qurbanov Arzuman Mirzəli oğlunun anası Qurbanova Nəbat Əsgər qızı ziyarət olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə millət vəkilinə və dövlətimizə təşəkkürlərini bildiriblər. Şəhid anaları qeyd edib ki, ailələri ziyarətlər həm şəhidlərin xatirəsinə hörmətin göstəricisi, həm də ailələrə sosial dəstəyin vacib nümunəsidir.