AZ

Rza Pəhləvi ərəb dövlətlərinə müraciət etdi İranın yeni keçid hökumətini tanıyın

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İranın sonuncu şahının oğlu Rza Pəhləvi ərəb ölkəlrinə müraciət edərək Keçid hökumətini tanımağa çağırıb.R.Pəhləvi bununla bağlı yaydığı bəyanatında qeyd edib.O deyib ki, İran xalqı böyük səylə seçimlərini ediblər: “İndi ərəb dünyasındakı dostlarımızdan Keçid hökumətimizi tanımağı xahiş edirəm. Bizə qoşulun və Keçid höküməti ilə əməkdaşlıq etməyə hazır olun”.R.Pəhləvi deyib ki, onlar İranı yenidən quracaqlar:”Diplomatik münasibətlərimizi qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanaraq quracağıq. Bütün ölkələrimizdə vətəndaşların rifahını yaxşılaşdırmaq üçün regional və qlobal iqtisadiyyatlara inteqrasiya edəcəyik.

İran xalqını dəstəkləmək xeyriyyəçilik deyil. Bu, bölgəmizi dünyanın ən sabit, təhlükəsiz və çiçəklənən bölgələrindən birinə çevirmək üçün strateji bir sərmayədir. Bu yeni yola bizimlə birlikdə gedin”-deyə R.Pəhləvi vurğulayıb. (Azpost.inf)Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
demokrat.az

2Mənbələr