AZ

Vüqar Süleymanov: YAP yarandığı gündən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi missiyasını üzərinə götürüb

Bakı, 6 mart, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) yarandığı gündən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və ölkəmizin inkişafı naminə mühüm tarixi missiyanı üzərinə götürüb. Qısa müddətdə xalqın böyük dəstəyini qazanan partiya ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevrilmiş və bu nüfuzunu bu gün də qoruyub saxlayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarından güc alan 33 il - Bir qərinəlik yol” adlı tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, bu gün partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil siyasət, güclü iqtisadiyyat və qüdrətli ordu prinsipləri əsasında ardıcıl inkişaf yolunu davam etdirir.

“Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı da 33 il ərzində rayonun ictimai-siyasi həyatında fəal rol oynayıb, dövlət siyasətinin həyata keçirilməsinə öz töhfəsini verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olaraq biz də dövlətimizin strateji hədəflərinə və partiyanın siyasətinə xidmət etməkdən qürur duyuruq. Xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və həyatın bərpası istiqamətində həyata keçirilən fəaliyyət ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıyır”, - deyə V.Süleymanov vurğulayıb.

Seçilən
86
azertag.az

1Mənbələr