AZ

Qazax idman paytaxtı kimi yeni mərhələyə qədəm qoyur REPORTAJ

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 6 mart, AZƏRTAC

Məlum olduğu kimi, 2026-cı il üçün Azərbaycanın İdman paytaxtı Qazax rayonu seçilib.

Gənclər və İdman Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ölkənin müxtəlif media qurumları sözügedən bölgəyə səfər etdilər.

Səhər saatlarında başlayan tanışlıq proqramı çərçivəsində jurnalistlər əvvəlcə şəhərin mədəni infrastrukturu ilə yaxından tanış olublar. Qədim tarixə malik olan bu bölgə yalnız idman deyil, həm də mədəniyyət və turizm potensialı ilə seçilir. Tanışlıq zamanı qonaqlara şəhərin görməli yerləri, tarixi abidələri və mədəniyyət ocaqları barədə məlumat verilib.

Görünən odur ki, son illərdə Qazaxda həyata keçirilən infrastruktur layihələri şəhərin simasını əhəmiyyətli dərəcədə dəyişdirib və bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verib.

“Qazax İdman Paytaxtı – 2026” çərçivəsində il ərzində müxtəlif idman yarışları, turnirlər, kütləvi idman tədbirləri və festivallar keçiriləcək. Bu tədbirlərin təşkili regionda idmanın daha da inkişafına, gənclərin sağlam həyat tərzinə cəlb olunmasına və idmanın kütləviliyinin artırılmasına töhfə verəcək. İdmanın inkişafı istiqamətində mühüm addımlar atılıb, müxtəlif idman növləri üzrə məşq və yarışların keçirilməsi üçün müasir şərait yaradılıb. Media nümayəndələri bir sıra idman obyektlərinə baş çəkərək burada fəaliyyət göstərən məşq prosesini izləyib, gənc idmançıların hazırlığı ilə maraqlanıblar.

Ötən gün isə Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə parad təşkil edildi. Yüksək səviyyədə təşkil olunan bu parad demək olar ki, rayonun diqqətini çəkdi. Hər kəs yollara axışaraq, Ədəbiyyat Muzeyinin önündə başlayıb və Heydər Əliyev adına parkın qarşına davam edən paradı izlədi. Bu da paytaxtla yanaşı, bölgələrdə də idmana marağı bir daha sübut etdi.

Qeyd edək ki, “Qazax İdman Paytaxtı – 2026” çərçivəsində il ərzində müxtəlif miqyaslı idman tədbirlərinin təşkili nəzərdə tutulur. Bu tədbirlərin regionda idman ənənələrinin gücləndirilməsinə və gənclərin idmana marağının artırılmasına mühüm təsir göstərəcəyi gözlənilir. Artıq dövlətin qayğı və dəstəyi sayəsində Qazaxla yanaşı, Azərbaycanın digər bölgələrində də idmana maraq artır. Bu da gələcəkdə həmin ərazilərdən güclü idmançıların çıxacağına göstərir.

Müxbir, foto – Cavid Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
azertag.az

1Mənbələr