Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 6 mart, AZƏRTAC
“Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Prezidentin Fərmanı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Bundan sonra fermerlər kənd təsərrüfatı üçün lazım olan vasitələri almaq üçün kredit götürdüyü halda faizinin ödənilməsi ilə bağlı dövlət dəstəyi veriləcək. Bununla da maliyyə çatışmazlığı aradan qalxmış olacaq. Digər tərəfdən faiz ödənişləri məhsulun maya dəyərinin üzərinə əlavə olunduğundan istehsalın maya dəyəri artmış olurdu. Artıq fermerin bu baxımdan xərci yaranmadığı üçün istehsalda maliyyə xərclərinin azaldılmasına gətirib çıxaracaq.
Bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib.
Onun sözlərinə görə, fermer tərəfindən götürülən kreditlərin faizləri dövlət büdcəsi hesabına Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən maliyyələşdiriləcək.
“Fermerlər istehsal vasitələrinin bir hissəsini öz vəsaitləri hesabına alırdılarsa, subsidiyanın gecikməsi aqrotexniki tədbirlərə təsir edirdi. Bu da məhsuldarlığa mənfi təsir göstərirdi. Başqa sözlə dövlət fermerləri faiz dərəcələrindən azad etmiş oldu. Yeni Fərmanla 1 il müddətinə gübrə, bihomus, digər pestitidlər üçün götürülən kreditlər üzrə hesablanan faizləri dövlət büdcəsi hesabına Aqrar Kredit və İnkişaf Agentliyi maliyyələşdirəcək. Bu müddət ərzində fermer əsas vəsaiti geri qaytaracaq”, - deyə o qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.