AZ

Sahibə Qafarova Moldova XİN başçısı ilə görüşdə İranın dron hücumlarını pisləyib (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova martın 6-da MoldovaRespublikası Baş nazirinin müavini, xarici işlər naziri MixayPopşoi ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə bildirilib ki, ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli siyasi əlaqələr müxtəlif sahələr üzrə əməkdaşlığıninkişafı üçün yaxşı imkanlar yaradır. Tərəflər ölkələrimiz vəxalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarınınvə hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeydediblər. Ölkələrimizin beynəlxalq təşkilatlarda da qarşılıqlıdəstək nümayiş etdirməsindən məmnunluq ifadə edilib.

Mixay Popşoi Moldova Parlamentinin sədri İqor Qrosununsalamlarını Azərbaycan parlamentinin sədrinə çatdırıb. MilliMəclisin sədri onun da salamlarını Moldova parlamentinin spikerinəçatdırmağı xahiş edib. Sahibə Qafarova İqor Qrosunun ölkəmizəsəfərini və onunla müxtəlif tədbirlər çərçivəsində keçirdiyigörüşləri məmnunluqla xatırlayaraq, Azərbaycanla Moldovanınqanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və buəlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb,qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyətinixüsusi qeyd edib. Spiker bildirib ki, beynəlxalq təşkilatlarçərçivəsində əməkdaşlığımız uğurla davam edir və bu qurumlardadeputatlarımız bir-birinə qarşılıqlı dəstək verirlər.

Söhbət zamanı spiker Sahibə Qafarova İran tərəfindənAzərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində həyatakeçirilən dron hücumlarını pisləyərək, ölkəmizə qarşı törədilən buhücumların qəbuledilməz olduğunu və Azərbaycan xalqı tərəfindənhiddətlə qarşılandığını bildirib.

Mixay Popşoi isə Moldovanın bu xain hücumları qətiyyətləqınadığını söyləyərək, bu məsələdə ölkəmizlə həmrəy olduqlarınıbildirib.

Qeyd olunub ki, Azərbaycan da bir çox məsələlərdə Moldovanınyanında olub, ərazi bütövlüyü və suverenlik məsələlərindəölkələrimiz bir-birinə qarşılıqlı dəstək verib. Mixay Popşoi,həmçinin Moldovada baş vermiş enerji böhranı zamanı Azərbaycanıngöstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova qonağa Azərbaycan iləErmənistan arasında davam edən normallaşma və sülh prosesi barədəməlumat verib. Qonaq, ölkəsinin sülh prosesində Azərbaycanıntəşəbbüs və liderliyini alqışladıqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanınapilotsuz uçuş aparatı ilə hücum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texnikivasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlarhəyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuzuçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biriAzərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib,digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülkiinfrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb vəməktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.

Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanatyayaraq, İran İslam Respublikasından vəziyyəti dərhalaydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrintəkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlərgörməsini tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlərNazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.

Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Seçilən
106
5
az.trend.az

10Mənbələr