AZ

Kürdəmirdə dəhşətli anlar: Yaşlı kişi yük maşınının altında qaldı ANBAAN VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi təhlükəsizlik kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 25-də saat 12:30 radələrində şəhər bazarının yaxınlığında qeydə alınıb. Kadrlardan görünür ki, yaşlı kişi yolu piyada keçidindən istifadə etmədən keçməyə cəhd edir və hərəkətdə olan “MAN” markalı yük avtomobilə məhəl qoymadan birbaşa onun qarşısına çıxır. Bu zaman yük maşını piyadanı vurur.

Zərbənin təsirindən piyada bir neçə metr irəlidə yerə yıxılır və yük avtomobili onun ayaqlarının üzərindən keçir. 

Hadisəni görən ətrafdakı vətəndaşlar dərhal köməyə gəlsələr də, piyada aldığı ağır xəsarətlərdən həyatını itirib.

Videodan həmçinin aydın olur ki, yaşlı kişi yolu qəfil keçərkən sürücünün kor nöqtəsinə düşür. Bu səbəbdən o, piyadanı vaxtında görərək qəzanın qarşısını ala bilmir.

Qeyd edək ki, qanunvericiliyə əsasən piyadalar yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçməli, yolun hərəkət hissəsinə çıxarkən yaxınlaşan nəqliyyat vasitələrinin təhlükəsiz məsafədə olmasına əmin olmalıdırlar. Xüsusilə iri qabaritli yük avtomobillərinin kor nöqtələrinin geniş olması isə belə hallarda riskləri daha da artırır.

Hadisə ilə bağlı yük avtomobilinin sürücüsü və hadisə şahidləri daha sonra açıqlama veriblər.

Qeyd edək ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

*** 26 fevral, 09:39

Kürdəmirdə ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, dünən saat 12:30 radələrində M.Nəsirov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə Kürdəmir şəhəri ərazisində yolu keçmək istəyən 1949-cu il təvəllüdlü Əliyev Teyyub Ələmdar oğlunu vurub.

T.Əliyev xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi başlanıb./qafqazinfo

 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
153
avtosfer.az

1Mənbələr