AZ

Yuxarı Şirvan kanalında 1 nəfər batıb, axtarış aparılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan vətəndaş, 1995-ci il təvəllüdlü Ramin Elşad oğlu Abdullayevin axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
60
4
yeniazerbaycan.com

10Mənbələr