Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi illər regionun tarixində ən ağrılı dövr kimi yadda qalıb. Həmin illərdə təkcə Ermənistanın deyil, müxtəlif xarici qüvvələrin də işğalçı rejimlə əməkdaşlıq etdiyi barədə çoxsaylı faktlar və təkzibedilməz sübutlar mövcuddur. Ötən əsrin doxsanıncı illərində İran vətəndaşlarının ermənilərlə birlikdə Azərbaycanın işğal edilmiş şəhər, qəsəbə və kəndlərində talançılıq etməsi heç kimə sirr deyil. Bu hadisələr Azərbaycanın ictimai rəyində ciddi narazılıq doğurmuş və İranın regiondakı mövqeyinə dair çoxsaylı suallar yaratmışdı. “Ermənipərəst İran” termini də məhz həmin illərin “məhsuludur”. Bütün bunlar yaxın keçmişdə baş verdiyi üçün heç nə unudulmayıb. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı isə İranın iç üzü çılpaqlığı ilə ortaya çıxdı. Heç kimə sirr deyil ki, müharibə dövründə İran ərazisindən Ermənistana yanacaq və müxtəlif təyinatlı yüklərin daşınması həyata keçirilib. Ermənistan ordusunun təchizatının yaxşılaşdırılmasında İran birbaşa iştirak edib. İran tərəfinin Azərbaycan ordusunun Cəbrayıl istiqamətində irəliləməsinin qarşısının alındığı bütün dünyaya məlumdur. Müharibənin uzanmasında və Yerevanın nisbətən gec kapitulyasiya aktına imza atmasında bu faktorun mühüm rolu var. Müharibə günlərində İran rəsmilərinin verdiyi bəyanatlar da diqqət çəkirdi. Bəzi açıqlamalarda regionda yeni geosiyasi reallıqların dəyişməsinin “qırmızı xətt” olduğu qeyd olunur, bu isə Azərbaycanda birmənalı qarşılanmırdı. Tarixin ironiyasına bax ki, o vaxt Azərbaycana barmaq silkələyən Sepah generalları indi qadın paltarında aradan çıxmağa çalışırlar... İranın Ermənistana humanitar yardım göndərməsi və müxtəlif platformalarda səsləndirdiyi bəyanatlar rəsmi Bakıya qarşı yönəlmiş addım kimi qiymətləndirilirdi. Bu siyasət bütövlükdə Azərbaycanın haqq işinə kölgə salırdı. Müharibə çoxdan başa çatsa da, mübahisəli məsələlər davam edir. Xüsusilə Zəngəzur dəhlizinin açılması mövzusu İranın regiondakı mövqeyi ilə bağlı müzakirələri daha da gücləndirib. Rəsmi Tehran bu layihə ilə bağlı ehtiyatlı və bəzən sərt mövqe nümayiş etdirir. Azərbaycan cəmiyyətində isə belə yanaşmanın regionda formalaşan yeni reallıqlarla ziddiyyət təşkil etdiyi barədə fikirlər hakimdir. Amma artıq heç kim təəccüblənmir. Çünki İranın necə bir ilan olduğunu Azərbaycanda hər kəs yaxşı bilir…Nazim Hüseynzadə / Metbuat.az