AZ

İran İsrailə qarşı ağır raketlərdən istifadə edib

ain.az, Ayna portalına istinadən məlumat verir.

22-ci hücum dalğasında “Xorrəmşəhr-4” raketindən istifadə edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı yeni hücum dalğası başlatdığını və bunun üçün orta mənzilli super ağır ballistik raket olan "Xorrəmşəhr-4"-dən istifadə etdiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumatda deyilir: "Əməliyyatın 22-ci dalğası işğal olunmuş ərazilərin mərkəzinə “Xorrəmşəhr-4”, “Xeybər” və “Fəttah” raketlərinin kütləvi şəkildə atılması ilə başladı".

Hücumla bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.

Daha əvvəl “Fars” xəbər agentliyi mənbələrə istinadən İranın son cavab zərbələrində qabaqcıl ballistik raketlərdən istifadə edəcəyini yazmışdı. Məlumatda deyilirdi ki, "yaxın günlərdə qabaqcıl və nadir hallarda istifadə olunan uzaqmənzilli raketlərdən istifadə edərək yeni bir hücum üslubunun tətbiqi gözlənilir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
ayna.az

1Mənbələr