Bakı. Trend:
“Coca-Cola Azərbaycan” 8 Mart Beynəlxalq Qadınlar Günüərəfəsində qadın jurnalistlərlə görüşüb. Görüşdə Azərbaycanqadınlarının cəmiyyətin inkişafında əvəzsiz rolu, genderbərabərliyinin vacibliyi, media sahəsində çalışan qadınlarınəməyinin önəmi xüsusilə qeyd olunub.
Tədbirdə iştirak edən “Azərbaycan Coca-Cola Bottlers” şirkətininBaş Direktoru Rəna Məmmədova 2025-ci ilin şirkət üçün uğurlayekunlaşdığını, cənab prezident İlham Əliyevin iştirakı iləİsmayıllı zavodunun açılışının baş tutduğunu və cənab prezidentin“Coca-Cola”nın Azərbaycandakı fəaliyyətinə verdiyi dəyəri diqqətəçatdırıb.
Daha sonra şirkətin qadınların sahibkarlıq imkanlarınınarıtırlmasına yönələn layihələrə dəstəyindən danışan Baş direktorqadınların inkişafının həm cəmiyyətin, həm də iqtisadiyyatıninkişafına təkan olduğunu bildirib:
“Azərbaycanda 30 ildən çoxdur ki fəaliyyət göstəririk. Bu müddətərzində qadınların sahibkarlıq bacarıqlarının inkişafına yönələnçoxsaylı layihələrə dəstək olmuşuq. O cümlədən, qadınjurnalistlərimiz də həmin layihələrin işıqlanıdırılmasında və dahaçox insana çatmasında bizə dəstək olublar. İnanıram ki, bundansonra da qadınların inkişafına yönələn layihələrə dəstəyi ilə“Coca-Cola”nın adına mediada tez-tez rast gələcəyik”.
Görüşdə şirkət nümayəndələri “Coca-Cola Azərbaycan”da qadınlarınrolu və yaradılan karyera imkanları barədə də məlumat veriblər.Diqqətə çatdırılıb ki, 2023-cü ildən başlayaraq şirkət bütünəməkdaşlar üçün ədalətli və bərabər ödəniş siyasətini qoruduğunagörə nüfuzlu “Bərabər Əmək Haqqı Sertifikatı” ilə təltifolunub.
Görüşdə “Coca-Cola Azərbaycan”ın dəstəyi ilə həyata keçirilən“AIM-W” layihəsinin iştirakçısı Nərmin Məmmədli layihə çərçivəsindəqazandığı bilik və bacarıqlarla öz brendi “Selin Cosmetics”iyaratması ilə əlaqədar uğur hekayəsini təqdim edib.
Qeyd edək ki, bu günə qədər "Coca-Cola Azərbaycan" şirkət Ailə,Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişafProqramı, Gənclər və İdman Nazirliyi, ASAN Könüllüləri təşkilatıkimi tərəfdaşlarla uğurlu əməkdaşlıq edirək 5000-dən çox qadınıniqtisadi fəallığının artırılmasına nail olub.
“Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içkişirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək vəfərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cüildə Türkiyənin Anadolu Qrupuna daxil olan və 12 ölkədə 36 istehsalmüəssisəsi ilə fəaliyyət göstərən beynəlxalq içki istehsalı şirkəti“Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-ColaBottlers”ın yaradılması ilə başlayıb. Şirkət sosial və KSMlayihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.