AZ

İsrail İsfahanda “Şahed” dron zavodunu VURDU

İsrail Hərbi Hava Qüvvələri İranın pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı mühüm obyektinə zərbə endirib.

Musavat.com xəbər verir ki, zərbə nəticəsində İsfahan şəhəri yaxınlığında yerləşən Bədr aviabazasının şimalında fəaliyyət göstərən “Shahed Aviation Industries” kompleksində kamikadze tipli “Şahed-136” pilotsuz uçuş aparatlarının istehsal xətti məhv edilib.

Bildirilir ki, sözügedən istehsal xətti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinə məxsus olub.

Qeyd olunur ki, obyekt SEPAH-la əlaqəli olan və müxtəlif tip İran pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı ilə məşğul olan “Shahed Aviation Research Center” (Şahed Aviasiya Tədqiqat Mərkəzi) ilə bağlıdır.

Bu mərkəz, xüsusilə də son illərdə geniş istifadə olunan “Şahed-136” kamikadze dronlarının hazırlanmasında əsas qurumlardan biri hesab olunur.

Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi açıqlama verməyib.

Musavat.com

Seçilən
100
7
musavat.com

10Mənbələr