AZ

Yaxın Şərqdəki müharibə Rusiyanı böhranla üz-üzə qoyur

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar səbəbindən Rusiyada ciddi meyvə-tərəvəz böhranı yarana bilər. Qiymətlərin bəzi məhsullar üzrə 60 faizə qədər artacağı, bəzi məhsulların isə ümumiyyətlə satışdan yoxa çıxa biləcəyi bildirilir.

Ölkə.Az-ın “Baza”ya istinadən məlumatına görə, yaxın aylarda Rusiyada gavalı, alça, gilas, xurma, şaftalı, həmçinin İran istehsalı püstə kimi məhsulların piştaxtalarda azalacağı gözlənilir. İran hökuməti artıq müddəti göstərilməyən şəkildə ərzaq və kənd təsərrüfatı xammalının ixracına müvəqqəti qadağa tətbiq edib. Rusiyanın Tehrandakı Ticarət Nümayəndəliyinin məlumatına görə, bu qərar İranın Rusiyaya tədarük etdiyi məhsulların 60 faizindən çoxuna təsir edir.

Təchizatçılar bildirirlər ki, bölgədəki gərginlik ilk növbədə logistikaya zərbə vurur. Rusiyaya yük maşını ilə daşınmanın qiyməti ən azı 500 min rubl artıb. Bir il əvvəl bir reys maksimum 300 min rubla başa gəlirdisə, indi bu məbləğ 1 milyon rubla qədər yüksələ bilər. Bundan əlavə, hücum təhlükəsi səbəbindən sürücülər kütləvi şəkildə bu marşrutla yük daşımaqdan imtina edirlər.

İranda bəzi gömrük məntəqələrində yoxlamaların sərtləşdirilməsi də avtomobil tıxaclarına və gecikmələrə səbəb olub. Nəticədə meyvə və tərəvəzlərin bir hissəsi xarab olur və bu da ciddi maliyyə itkilərinə gətirib çıxarır.

Qiymət artımı yalnız meyvələrə deyil, kərəviz, bibər, aysberq kahı, badımcan, pomidor və kabaçki kimi tərəvəzlərə də təsir edə bilər. Məlumata görə, 2023-cü ildə İran Rusiyaya 113,8 min ton bibər, 20–30 min ton badımcan və 2–4 min ton kabaçki ixrac edib.

Seçilən
106
1
olke.az

2Mənbələr