AZ

Arvadı cavab qaytardı deyə döydü İş məhkəməyə getdi

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 1-də rayonun Ramana qəsəbəsində baş verib. Göyçay rayon sakini, 1979-cu il təvəllüdlü Tahir həmin gün saat 21 radələrində həyat yoldaşı Yasəmən (adlar şərtidir – red.) ilə mübahisə edib. Tahir yaşadıqları evlərinin qonaq otağında həyat yoldaşının onunla kobud danışaraq irad bildirməsi səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun üz nahiyəsindən bir dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr