Bakı. Trend:
Bakı. Trend:
İslandiya hökuməti 29 avqust 2026-cı ildə Avropa İttifaqınaüzvlük üzrə danışıqların bərpası ilə bağlı referendum keçirilməsibarədə parlamentə təklif təqdim etmək qərarına gəlib.
Trend xəbər verirki, bu barədə hökumətin rəsmi saytında məlumat yayılıb.
“İslandiya hökuməti 29 avqust 2026-cı ildə Avropa İttifaqınaüzvlüklə bağlı danışıqların bərpası məsələsi üzrə referendumkeçirilməsi barədə təklifi Altinqə (İslandiyanın birpalatalıparlamenti -red) təqdim etmək qərarı qəbul edib”, - məlumatda qeydolunub.
Qeyd edək ki, İslandiya hələ 2009-cu ildə maliyyə böhranı zamanıAvropa İttifaqına üzvlük üçün müraciət etmişdi. 2013-cü ildə ölkəhökuməti iqtisadi vəziyyətin yaxşılaşması səbəbindən üzvlüklə bağlıdanışıqları dayandırdı. 2015-ci ildə isə İslandiya hakimiyyətiölkənin artıq Aİ-yə üzvlük namizədi kimi nəzərdən keçirilməməsinixahiş etdi. 2013-cü ildə danışıqlar dayandırılana qədər İslandiyabirliyə inteqrasiya prosesinin 33 mərhələsindən 11-nitamamlamışdı.