Bakı. Trend:
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Etika, Nəzarətvə İntizam Komitəsi Çempionlar Liqasının 1/8 final mərhələsinəvəsiqə uğrunda Portuqaliyanın “Benfika” klubu ilə keçirilən cavaboyunundan sonra azarkeşlərin yolverilməz davranışına görəİspaniyanın “Real” klubunu cərimələmək qərarına gəlib.
Trend xəbər verirki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Komitənin bəyanatında bildirilir ki, cərimənin məbləği 15 minavro təşkil edəcək. Qeyd olunur ki, oyun zamanı azarkeşlərtərəfindən “irqçi və/və ya diskriminasiya xarakterli davranış”halları qeydə alınıb.
Qeyd edək ki, “Real” ilə “Benfika” arasında cavab oyunu Madriddəkeçirilib və İspaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.İlk qarşılaşmada isə İspaniya təmsilçisi 1:0 hesabı ilə qalibgəlmişdi.