Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində yeni kadr təyinatı həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, Tünzala Müslüm qızı Verdiyeva Sosial Xidmətlər Agentliyinin müşaviri təyin edilib.

Xatırladaq ki, bundan öncə həmin vəzifəni Zaur Kamal oğlu İbrahimov icra edirdi.
Sonradan o, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni vəzifəyə göndərilib.
Qeyd edək ki, bundan öncə Tünzalə Verdiyeva agentliyin strukturunda fəaliyyət göstərən Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri vəzifəsində çalışıb.
Sara
NOCOMMENT.az